İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 102-ci baza ajiotajı – Bakıdan ÇAĞIRIŞ

102-ci Rusiya hərbi bazasının çıxarılacağı təqdirdə Ermənistan-Türkiyə sərhədini kimin qoruyacağı qaranlıq qalır. Bu, xroniki olaraq şəxsi heyət çatışmazlığından əziyyət çəkən Ermənistan Silahlı Qüvvələri üçün böyük yük olacaq. Musavat.com-un məlumatına görə, bu fikri mətbuat konfransında müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan səsləndirib.

CROSSMEDIA - Moskva və İrəvan arasında münasibətlərin qırılması gündəmdə  deyil

Deputatın sözlərinə görə, ordunu lazımi vəziyyətə gətirmək, yalnız bundan sonra bazanın gələcək taleyi barədə danışmaq lazımdır. Ölkənin silahlı qüvvələrindəki vəziyyəti müddətli həqiqi hərbi xidmət müddətinin bir il yarımadək azaldılması daha da ağırlaşdırıb. Baş nazir Nikol Paşinyanın bazaya həyati ehtiyacın olmadığı barədə son bəyanatlarına toxunan siyasətçi bildirib ki, bu fonda yüzlərlə kilometrlik sərhədin “çılpaqlanması” ən yaxşı ssenari deyil. Bu yaxınlarda isə hakimiyyətyönlü deputat Vilen Qabrielyan Rusiya qazının bahalaşacağı təqdirdə bazanın qalması üçün icarə haqqının artırılacağını istisna etməyib.

Qeyd edək ki, Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyanın Bişkekdə ŞƏT sammiti çərçivəsində keçirilən görüşündən sonra Rusiyanın Gümrüdəki hərbi bazasının iştirakı mövzusu Moskvada keçiriləcək Rusiya-Ermənistan danışıqlarının gündəliyinə daxil edilib. 102-ci Rusiya hərbi bazası Moskva və İrəvan arasında 1995-ci ildə bağlanan dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. Rusiya və Ermənistan 20 avqust 2010-cu il tarixində bazanın yerləşdirilməsi haqqında müqavilənin müddətini 2044-cü ilə qədər uzadıblar. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən "Erebuni" aviabazasıdır.

Aviabazanın şəxsi heyəti MDB dövlətlərinin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində HHM üzrə döyüş növbətçiliyi aparır. Bundan əvvəl Paşinyanın müxaliflərindən biri Rusiyanın hərbi bazasını guya Türkiyə hərbi bazasının əvəzləyəcəyi barədə sərsəm iddialar səsləndirməklə erməni cəmiyyətində həyacan yaratmağa çalışmışdı.
Revanşistlərin bir-birinin ardınca baş qaldırması, Rusiya hərbi bazasının çıxarılmasının Ermənistana baha başa gələcəyi barəd iddialar səsləndirməsi nədən xəbər verir? Niyə bu qədər narahatdırlar?

Putinin Gümrü bazası ilə bağlı dedikləri narahat edib, yoxsa başqa səbəb var?

Hikmət Babaoğlu: Gənclər siyasəti milli inkişafımızın bütün istiqamətləri  üzrə öz nəticələrini verməkdədir - AZƏRTAC

Deputat Hikmət Babaoğlu Musavat.com-a bu mövzu ilə bağlı maraqlı açıqlamalar verib. Milli Məclisin üzvünün fikrincə, Rusiyada da, Ermənistanda da bilirlər ki, 102-ci baza Ermənistanın təhlükəsizliyinin təmin olunmasında heç bir rol oynamır: “Çünki 102-ci baza öz funksionallığını itirib. Sadəcə, orada bir qədər şəxsi heyət və köhnəlmiş silah-sursat var ki, bunlar da artıq təhlükəsizlik anlayışı və ərazinin qorunması baxımından heç bir uyğunluq təşkil etmir. Birincisi, ona görə ki, texniki və mənəvi baxımdan 102-ci bazanın təchizatı və təminatı olduqca köhnədir. İkincisi isə ona görədir ki, əslində 102-ci baza Ermənistanda yerləşdirilən zaman hədəf Türkiyə və NATO idi. Bu gün isə artıq həmin vəziyyət yoxdur. Demək, belə olan halda, mənə elə gəlir ki, biz Putinin səsləndirdiyi fikri yenidən qiymətləndirməliyik. Putin belə demişdi: “Əgər Ermənistana lazım deyilsə, biz dərhal 102-ci bazanı çıxara bilərik”. Yəni Rusiyada da başa düşüblər ki, artıq Türkiyə tərəfindən Rusiyaya qarşı təhdid yoxdur. NATO Rusiyanı daha çox Avropadan və Şimaldan təhdid edir. Yəni Rusiya üçün də bu bazanın əvvəlki əhəmiyyəti yoxdur. Belə olduqda, hər iki ölkənin təhlükəsizlik maraqları kontekstində qiymətləndirdikdə, 102-ci baza öz-özlüyündə aktuallığını itirmiş hesab olunur”.

H.Babaoğlu bildirib ki, başqa sözlə, bu baza artıq heç bir tərəfə lazım deyil: “Çünki Ermənistan artıq işğalçı ölkə statusunda deyil. Azərbaycan və Türkiyə ilə sülh və dövlətlərarası əlaqələr təsis etməyə çalışır. Bu, çox yaxın zamanda baş tuta bilər. Hətta çox böyük ehtimalla, bu proses baş tutacaqdır. Ona görə də bunun Ermənistan üçün də xüsusi bir əhəmiyyəti yoxdur”.

Deputat hesab edir ki, bu məsələ Moskvada Paşinyan - Putin görüşündə müzakirə oluna bilər: “Rusiya regionumuzun bir parçasıdır. Çünki Qafqazın cənub hissəsində üç respublika var. Şimal hissəsində isə Rusiya Federasiyasının Dağıstan Respublikası yerləşir. Yəni biz, birbaşa coğrafi baxımdan, Rusiyanın regionumuzdakı, bütövlükdə Qafqazdakı iqtisadi, humanitar və mədəni iştirakçılığını rədd etmirik. Əksinə, bunu mümkün hesab edirik. Ona görə də, məncə, Rusiya nəhayət, hərbi imperializmdən çəkinərək, iqtisadi maraqları olan regional aktor statusuna özünü endirməyi bacarmalıdır. Çünki reallıq, dövlətlərarası münasibətlər və beynəlxalq hüquq bunu tələb edir. Ancaq Rusiyanın eqosu hələ də belə bir statusu özünə rəva bilmir. Mənə elə gəlir ki, artıq bunun vaxtı çatıb. Belə olan halda, əgər biz bu arqumentlərdən sonra Ermənistan - Rusiya münasibətlərini yenidən qiymətləndirsək, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması mümkün ola bilər”.

Deputatın sözlərinə görə, Rusiya - Türkiyə sərhədlərini xüsusi hərbi qüvvələrlə qorumaqdansa, Rusiyanın Ermənistanın sərhədlərinin etibar və etimad mühiti, eləcə də müasir texniki vasitələrlə qorunmasına üstünlük verməsi daha rahat ola bilər: “Çünki heç bir təhlükə və təhdid yoxdur. Qaldı Ermənistanın hərbi gücünə, məncə, Ermənistan bundan imtina etməlidir. Ermənistan regionda neytral ölkə statusuna can atmalıdır. Təbii ki, əgər onun təhlükəsizliyinə doğrudan da təhdid varsa, bu mümkün olmaz. Bu gün Ermənistan rəsmilərinin dediyinə görə, Ermənistanda çağırış planı, yəni gənclərin orduya çağırılması cəmi 20 faiz yerinə yetirilə bilir. Gəncləri tapmaq mümkün deyil. Çünki sadəcə, hərbi xidmət yaşına çatan gənclər ölkəni tərk edir və bir daha qayıtmırlar. Belə olan halda, məncə, Ermənistan özünün regional statusuna, beynəlxalq münasibətlər sistemindəki mövqeyinə yenidən baxmalı və neytral ölkə statusuna can atmalıdır. Çünki hazırkı vəziyyətdə nə Azərbaycandan, nə də Türkiyədən Ermənistana qarşı heç bir təhdid yoxdur. Ermənistan nə qədər ki, sülh mövqeyindən çıxış edəcək, bir o qədər də Ermənistana təhdid olmayacaq”.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR