Onlayn ictimai-siyasi qəzet
Azərbaycan səhnəsinin parlaq ulduzlarından olan Sevda Yahyayeva 17 oktyabrda Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konserti öncəsi yeni layihəsini təqdim edir.
Musavat.com xəbər verir ki, sənətçinin yeni mahnısı və klipi “Kukla” adlanır.
Fərqli və qeyri-adi dünyanı təqdim edən “Kukla” yüksək büdcəsi ilə seçilən bahalı klipdir. Müasir texnologiyaların imkanlarından istifadə olunan ekran işi Sevda Yahyayevanı tamaşaçıya tam fərqli obrazda göstərir.
Mahnının söz və musiqisi Abbas İsmayılov və Asoundady-yə, prodüserliyi isə Hüseyn İbrahimzadə (Dex)-ə məxsusdur.
Sevda Yahyayeva yeni layihəsi ilə bağlı deyib: “Bu dəfə sizi bir az fərqli, bir az qeyri-adi bir dünyaya aparıram. Mahnıya kifayyət qədər büdcə ilə yanaşı böyük sevgi də qoyulub. Ümid edirəm ki, “Kukla” məni sevənlərin ürəyincə olacaq”.
Könül
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ