Onlayn ictimai-siyasi qəzet
“Bu il 44 mindən artıq təhsilverənə müxtəlif süni intellekt platformaları üzrə istifadə hüququnun və istifadə imkanlarının verilməsini planlaşdırırıq”.
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, ötən il məktəblərdə pilot qaydada tətbiqinə başlanılan süni intellekt imkanlarının əhatəsi bu il genişləndiriləcək.
Onun sözlərinə görə, yeni tədris ilində 44 mindən çox təhsilverənə müxtəlif süni intellekt platformalarından istifadə imkanı yaradılacaq.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ