Onlayn ictimai-siyasi qəzet
Güllə yarası ilə hospitala çatdırılan erməni hərbçi əməliyyat olunub.
Musavat.com-un məlumatına görə,
Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hazırda hərbçi həkimlərin nəzarətindədir, onun həyatı üçün təhlükə yoxdur.
Erməni mətbuatı yazır ki, insident Qeqarkunik (Göyçə vilayəti-M.) rayonundakı mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələlik məlum deyil.
Qeyd edək ki, erməni ordusunda intihar və şəxsi münasibətlər zəminində kriminal hadisələr adi hal alıb.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ