Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı ABŞ-nin İsraildəki səfirinin Yaxın Şərqlə bağlı qalmaqallı açıqlamalarına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyi amerikalı diplomatın mümkün İsrail nəzarəti ilə bağlı fikirlərini beynəlxalq hüququn və diplomatik normaların pozulması kimi qiymətləndirib.
Rəsmi Ər-Riyad bildirib ki, bu cür ritorika regional sabitliyə ciddi təhlükə yaradır və gərginliyi daha da artırır. Nazirlik bir daha vurğulayıb ki, Səudiyyə Ərəbistanı 1967-ci il sərhədləri əsasında iki dövlətli həll prinsipinə sadiqdir və gələcək Fələstin dövlətinin paytaxtı Şərqi Qüds olmalıdır.
Açıqlama onsuz da həssas olan Yaxın Şərq gündəmində yeni diplomatik qarşıdurmanın yaranmasına səbəb olub.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ