Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, söhbət zamanı regional və beynəlxalq gündəmin əsas məsələləri müzakirə olunub.
Məlumata görə, tərəflər xüsusilə Somali, Yəmən və Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Humanitar durum və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Telefon danışığı zamanı Türkiyə–Səudiyyə Ərəbistanı münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri də müzakirə edilib. Liderlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual regional və beynəlxalq proseslərə dair mövqelərini bölüşüblər.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ