Onlayn ictimai-siyasi qəzet
“Rasim Balayevin səhhətində irəliləyiş var. Qidalanması bərpa olunub. Hazırda Türkiyədə reabilitasiya prosesindən keçir”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib. O bildirib ki, Xalq artistinin mart ayının ortalarında işə çıxacağı gözlənilir.
“Bütün müayinələr müsbət nəticələr verib. Hazırda neqativ durum yoxdur. Rasim Balayevin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayıram. Həkimlər özünün telefon istifadə etməsinə hələ icazə vermirlər. Ona müalicə dövründə sakitlik lazımdır, narahat etmək olmaz. Sənətkarımızın əhvalı da düzəlib, çəkisi də bərpa olunur”.
Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb. Orada müalicəsi davam etdirilir. O bir müddət əvvəl səhhətində yaranan problemə görə əməliyyat olunmuşdu.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ