Onlayn ictimai-siyasi qəzet
Fransanın keçmiş prezidenti, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığı almaq və ailəsi ilə birlikdə bu ölkədə məskunlaşmaq istədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Pyer de Qoll jurnalistlərə açıqlamasında ailəsi və uşaqları ilə birlikdə Rusiyada yaşamaq imkanını səbirsizliklə gözlədiyini bildirib.
O, eyni zamanda Fransa ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində çalışdığını vurğulayıb.
Pyer de Qoll Rusiyaya köçəcəyi təqdirdə rus və fransız xalqlarının ortaq tarixi yaddaşının qorunması və təbliği ilə məşğul olmaq istədiyini deyib.
Şarl de Qollun nəvəsi bu istiqamətdə Rusiyada xüsusi muzey yaratmaq imkanını da nəzərdən keçirdiyini açıqlayıb.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ