İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilimizin rəqəmsal tədrisi üçün yeni addım: “Azərbaycan dili” platforması təqdim olundu

Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” adlı yeni tədris platformasının təqdimat mərasimi keçirilib. Musavat.com xəbər verir ki, layihənin müəllifi və rəhbəri Alena Əliyevadır.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, həmçinin Arzu Əliyeva iştirak ediblər. Təqdimat zamanı platformanın məqsədi, funksional imkanları və Azərbaycan dilinin öyrədilməsi sahəsində yaradacağı yeniliklər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “Azərbaycan dili” platforması dilin müasir metodlarla, rəqəmsal mühitdə öyrədilməsini təşviq edir və geniş auditoriya üçün əlçatan olmağı hədəfləyir. Layihə həm yerli, həm də xarici istifadəçilər üçün Azərbaycan dilinin tədrisini asanlaşdıracaq yeni resurs kimi qiymətləndirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR