İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəsədlər xəndəklərə atılır – dəhşətli görüntülər- Video

Sosial şəbəkələrdə Rusiyanın Kemerovo vilayətinin Prokopyevsk şəhərində yerləşən “Vısokoye” qəbiristanlığından yayılan kadrlar ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, videoda üzərində “Yük-200” nişanı olan şəxslərin heç bir mərasim keçirmədən dörd nəfərin lüt cəsədini ümumi quyuya atdığı görünür.

Məlumata görə, çəkiliş ötən ilin dekabr ayının sonlarında edilib. Kadrları paylaşanlar iddia edir ki, bu üsulla qohumu və yaxınları olmayan şəxslər – o cümlədən qocalar evinin sakinləri dəfn olunur. 

Hadisə ictimailəşdirildikdən sonra Rusiya İstintaq Komitəsi faktla bağlı yoxlamaya başlayıb. Araşdırma təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi üzrə aparılır.

Baş verənlər cəmiyyətdə kəskin etiraz doğurub. Sosial şəbəkə istifadəçiləri bunu “insan ləyaqətinin ölümündən sonra belə tam tapdanması” kimi qiymətləndirirlər. Hadisənin hüquqi qiymət alıb-almayacağı yaxın günlərdə aparılan yoxlamanın nəticələrindən sonra məlum olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR