İnsanlara hürriyət, millətlərə istiqlal!

Hande Erçelin yeni layihəsi bəlli oldu

Türkiyəli aktrisa Hande Erçel iranlı rejissor və ssenarist Nader Saeivarın Almaniyada çəkiləcək “Diaspora” adlı dram filmində baş rolu canlandıracaq.

Musavat.com xəbər verir ki, film 2027-ci ilin əvvəllərində çəkilməyə başlayacaq.

Erçel Türkiyədə həyat yoldaşının faciəvi ölümündən sonra Almaniyada oğlunun həyatını yenidən qurmağa çalışan Merve adlı təhsilli, orta təbəqədən olan türk qadın rolunu oynayacaq.

Film Berlin şəhərində çəkiləcək, türk, ingilis və alman dillərində olacaq.

Layihədə Moritz Bleibtreu da iştirak edəcək. Digər beynəlxalq aktyor heyəti yaxın həftələrdə açıqlanacaq.

“Diaspora” filmi Şərq və Qərb arasındakı mürəkkəb münasibətləri yenidən araşdırmaq ehtiyacından doğulub. Rejissor Saeivar filmin insan komplekslərini mədəni stereotiplərə və ya siyasi statistikaya endirmədən həqiqi empatiya ilə yanaşmağı hədəflədiyini bildirib.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR