Onlayn ictimai-siyasi qəzet
Yaponiyada ölkə üzrə müşahidə olunan kəskin istilər səbəbindən bəzi şirkətlər iş saatlarını qısaltmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Məlumata əsasən, ölkənin aparıcı tikinti və daşınmaz əmlak şirkətləri əməkdaşların sağlamlığını qorumaq məqsədilə iş vaxtını azaldır.
Bu çərçivədə Yaponiyanın tikinti şirkətlərindən biri 08:00–17:00 qrafikini 07:00–13:00 saatları ilə əvəz edib.
Digər bir şirkət isə tikinti sahələrində havalandırma və soyutma sistemləri ilə təchiz olunmuş müasir modul tipli tualetlər istifadəyə verib.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ