İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Azərbaycan vətəndaşlarını DEPORT ETDİ

Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla, 87 əcnəbini deportasiya edib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tailand, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları Gürcüstandan çıxarılıb.

Qeyd edək ki, Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR