İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gecədə Hörmüzdən 19 milyon barel neft keçirilib – ABŞ ordusu

Son 24 saat ərzində ABŞ Hərbi Dəniz Qüvvələri 19 milyon bareldən çox neft daşıyan tankerlərin Hörmüz boğazından keçməsini təmin edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb: "ABŞ qüvvələri və onların regional tərəfdaşları Hörmüz boğazına tam nəzarət edirlər. Elə bu gün ABŞ qüvvələri Fars körfəzi ölkələrindən olan tərəfdaşlarına boğazdan 19 milyon bareldən çox xam neftin daşınmasında kömək ediblər".

Mərkəzi Komandanlıq həmçinin SEPAH Hərbi Dəniz Qüvvələri komandanının Hörmüz boğazının onun nəzarəti altında olduğu iddiasını bir daha təkzib edib: "SEPAH Hərbi Dəniz Qüvvələri komandanlığının heç bir hərbi gəmisi yoxdur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR