İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bibi" yolunu azıb... – Netanyahuya ŞOK xəbərdarlıq

İsrailin keçmiş baş naziri Ehud Barak Suriyanın İdlib vilayətinə hərbi hava bazasına hava zərbələrindən sonra hazırkı hökumət başçısı Benyamin Netanyahunun Türkiyə ilə gərginliyi artıran addımlarını “düşüncəsizlik və axmaqlıq” adlandırıb.

Bu barədə “Clash Report” məlumat yayıb.

“Türkiyə İran deyil, Əsəd Suriyası da deyil. Türkiyə ilə bağlı ABŞ ilə koordinasiya olunan məxfi təmaslar vasitəsilə həll edilə bilməyəcək heç bir strateji problem yoxdur. Netanyahu tamamilə yolunu azıb”, - Barak bildirib.

Sabiq baş nazir həmçinin Netanyahunun addımlarını qarşıdakı seçkilərlə əlaqələndirib və Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinin cəmiyyətdə təhlükəsizliklə bağlı qorxuları artırmağa hesablanmış siyasi strategiyanın bir hissəsi ola biləcəyini ehtimal edir. Ehud Barakın fikrincə, Netanyahu hazırda İsrailin təhlükəsizliyini təmin etməkdən daha çox siyasi hakimiyyətini qorumaq və seçki manevrləri ilə məşğuldur.

Sabiq baş nazir haqlımı? “Bibi” yolunu niyə azıb?

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb” |  Modern.az

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Türkiyə qüvvələrinin orada olduğunu bilə-bilə hərbi bazanın İsrail tərəfindən bombalanması bağışlanmaz bir səhvdir:

“Hətta buna cinayət də demək mümkündür. Çünki əgər Türkiyə həmin zərbələrə qarşılıq vermis olsaydı, təsəvvür etmək çətin deyil ki, Yaxın Şərqdə yeni bir müharibənin alovlanması nələrə gətirib çıxara bilərdi. Ümumiyyətlə, İsrail bu hərbi bazanı Türkiyənin orada hərbi qüvvələrinin olması bəhanəsi ilə vurması həm də Suriyanın suveren hüquqlarına qarşı qəsddir. Çünki Suriya müstəqil dövlət olaraq öz ərazisində istənilən yaxşı münasibətlərdə olduğu qonşu ölkənin bazalarını, hərbi qüvvəsini yerləşdirə bilər.

Belə şəraitdə İsrailin aqressiv şəkildə Türkiyənin Suriyada hərbi qüvvəsinin olmasından qıcıqlanması yersiz və ziyanlı reaksiyadır. Ona görə də hətta İsrailin daxilindən belə, bu reaksiyaya qarşı sərt mövqe ortaya qoyanlar var. Bütün bunlar hamısı İsrailin qonşularla münasibətlərdə həm beynəlxalq hüquq normalarına, həm də təhlükəsizlik tələblərinə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Bu siyasətin əlbəttə bir cavabı olmalıdır. Vəziyyət o həddə çatıb ki, Netanyahunun öz daxili siyasi maraqlarına hesablanaraq xarici siyasətdə bu cür aqressiv addımlar atması artıq İsrailin daxilindən də kəskin etirazlara səbəb olmaqdadır”.

Siyasi şərhçi sonda vurğulayıb ki, dövlətlərarası münasibətlərdə mehriban qonşuluq prinsiplərini heç vaxt daxili siyasi maraqlara qurban vermək olmaz. Bu cür addımlar bağışlanmazdır.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR