Onlayn ictimai-siyasi qəzet
Ermənistandakı son seçkilərin Paşinyan üçün nəticələrini belə qiymətləndirmək olar: bir addım irəli, bir addım gedir, çünki hakim partiya hökumət qurmaq səlahiyyətini saxlasa da referendum keçirmək imkanını demək olar ki, itirdi. Ona görə daim deyilirdi ki, heç olmasa, referendum qərarını bir az əvvəl vermək lazım idi. Əlbəttə, asan məsələ deyildi, hər şey bir yana, erməni elektroratının siyasi ovqatını tam bilmək olmurdu, yalnız sorğulardan və bir də ən müxtəlif etriraz qruplarının aksiyalarına erməni cəmiyyətinin reaksiyasından nəsə təxmin etmək olardı.
Necə deyər, keçənə güzəşt, amma əsas erməni sənədlərində bəzi məqamların dəyişdirilməsi bizümçün çox böyük önəm kəsb edir. İndi hələ İrəvanda siyasi ehtiraslar tamam səngiməyibdir, müxtəlif xəbərlər gəlir, deyirlər ki, guya burada da Gürcüstanda olduğu kimi müxalifət öz mandatlarından imtina edəcək. Amma iki detal var.
Birincisi, son seçkilər erməni revanşistlərinin, radikal-millətçilərin, xüsusən də şovinistlərin, hətta rusiyayönmülü qüvvələrin real elektoral potensialını göstərdi - əhalinin böyük əksəriyyəti nə müharibə istəyir, nə də Dağlıq Qarabağın “qaytarılmasını”. Ona görə də düşünmək lazım deyil ki, sabah başqa hakimiyyət gəlsə, onlar durub Azərbaycanla sülh sazişini rədd edəcəklər, yox, ehtimal ki, belə şey olmayacaq, amma indiki erməni siyasətçiləri də bilməli və razılaşmalıdırlar ki, bütün sazişlər və sənədlər konstitusiyaya uyğun olmalıdır. Problem bundadır, odur ki, qoy, özləri məsələnin həll yollarını axtarsınlar.
İkincisi, bu məqsədlərçün Paşinyan qarşı tərəfdən özünə tərəfdaş axtarmağa cəhd edə bilər. Koçaryanın doqquz deputatı güman ki, onun özü kimi faşistlərdir. Amma Karapetyanın da iyirmi doqquz deputatı var və Nikol onlardan kimisə tərəfinə cəkməyə cəhd edə bilər. Karapetyan guya biznes adamıdır. Belədirsə, anlamılıdır ki, Azərbaycanla və Türkiyəylə münasibətləri normallaşdırmadan heç nə etmək olmayacaq. Doğrudanmı, bu adamlar anlamır ki, Ermənistan bölgədə az qala, bütün dövlətlərə “düşmən ada” kimi qala bilməz! Həm də Karapetyan dəstəsini nəyləsə şirnikəndirmək olar və “nəylə”sini Paşinyan özü tapmalıdır...
Bir sıra politoloqlar hesab edir ki, Kreml də istəyinə nail oldu, Bakı ilə İrəvan arasında güclü və dayanıqlı sülhün yaranmasına ciddi problem yaratdı. Bu narahatlılıqları başa düşürük, amma Azərbaycanda “ilanı seyyid Əhməd əlilə tutmaq” məsəli var. İstisna deyil ki, İkinci Qarabağ müharibəsində olduğu kimi bu dəfə də Kremli “yola gətirmək” mümkün oldu.
Bütün hallarda, bir çıxış tapılar yəqin. Baxın, biz ABŞ-a da 907-ci düzəlişi tamam ləğv etdirə bilmirik, amma bir yol tapılıb, birdəfəlik olmasa belə onun icrasının dondurulması mümkün olur. Həm də bu Kremlin “beşinci kolonu”na izah etmək lazımdır ki, heç bir normal dövlətin ali qanununda digər dövlətə qarşı təhdid yaratmaq olmaz. Həm də daha bir detal var.
Gürcü İvanişvili haqqında da çox şeylər deyirlər, avroplalılar onu bu günədək “Putinin agenti” adlanıdırırlar, amma adam Moskva səmtində heç bir ciddi addım atmayıb və xeyli müddət keçsə də Rusiyayla səhv etmirəmsə, diplomatik münasibətlər də tam bərpa olunmayıb və bizə elə gəlir ki, Gürcüstandakı problem daha çox hakimiyyət məsələsidir. Belədəsə, İvanişvili dəstəsi də hələ də Avropadan və ABŞ-dan bir dost jesti və ya işarəsi gözləyir. Həm də bu ölkədəki seçkilərdə kiçik də olsa, pozuntular olsaydı, bunu ört-basdır etmək olmazdı.
Odur, ümid edirik, Karapetyan və dəstəsi də ən azı adam olduqlarını nümayiş etdirməli olacaqlar, əlbəttə, onlar həqiqətən də işgüzar adamlar hesab olunurlarsa.
Nəhayət, dörd-beş il siyasət və siyasət adamları üçün heç də az müddət deyil. Odur, bu gün olmasa da, sabah hansısa gözləmədyimiz, tamam yeni imkanlar da yarana bilər. Ən başlıcasısa, sülh ilk növbədə Ermənistanın özünə lazımdır. Bizə nə var ki? Torpaqlarımızı qaytarmışıq, heç bir ölkəylə ciddi və prinsipial düşmənçilyimiz yoxdur. Odur, ümidimizi itirməyək, hər şey düzələcək, rəhmətlik Əbülfəz bəy demiş: bir az zamana ehtiyacı var...
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ