İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqa bir ölkə Ukrayna münaqişəsini həll edəcəksə, biz etiraz etməyəcəyik - Rubio

Vaşinqton başqa bir ölkə Ukrayna münaqişəsinin həllinə kömək etməyə çalışarsa, etiraz etməyəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə deyib:

"Düşünürəm ki, dünyada bunu edə bilən yeganə ölkə bizik. Amma başqası cəhd etmək istəsə, etiraz etməyəcəyik".

Rubio həmçinin iddia edib ki, "münaqişənin hər iki tərəfi Vaşinqtona yalnız ABŞ-ın həlli asanlaşdıra biləcəyini bildirib":  "ABŞ prezidenti müharibəni bitirmək istəyir. Əgər o, bir şey edə bilirsə, biz də bir şəkildə ona son qoymağa kömək edə biliriksə, edəcəyik".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR