İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın "Svetlyak" sinifli sərhəd patrul gəmisini vurub.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumat yayıb.

Onun sözlərinə görə, vurulan obyektlər arasında "Svetlyak" layihəli sərhəd patrul gəmisi ilə yanaşı, "Pantsir-S1" zenit-raket və toplu kompleksi, naviqasiya sistemi, həmçinin dəmir yolu infrastrukturu - lokomotivlər, yanacaq çənləri və transformatorlar da var.

Ukrayna Silahlı Qüvvələri Rusiya daxilindəki hədəflərə və ilhaq edilmiş Krım yarımadasına irimiqyaslı dron hücumları təşkil edib.

Rusiya tərəfinin yaydığı məlumatlara görə, Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Simferopola hücumu nəticəsində 3 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bəyan edib. Onun sözlərinə görə, zərbələr qeyri-yaşayış obyektlərinə dəyib.

Aksyonovun digər rəsmi açıqlamasına görə, Azovskdan Kerçə gedən şəhərətrafı sərnişin qatarına PUA hücumu nəticəsində daha 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Yerli "Krımski veter" Teleqram kanalı partlayış səslərinin Feodosiya və Kerçdə də eşidildiyini yazıb. Həmçinin, ilhaq edilmiş Sevastopolun Qələbə parkı yaxınlığında – Rusiyaya məxsus "Pantsir" zenit-raket kompleksinin yerləşdiyi iddia edilən ərazidə törədilən zərbənin videosu yayılıb. Sevastopol qubernatoru Mixail Razvojayev isə HHM qüvvələrinin dron hücumunu dəf etdiyini, vurulan dronların qalıqlarının bəzi binaların fasadına ziyan vurduğunu bildirib.

Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk Ukrayna ordusunun FPV-dronlarla Starodubsk bələdiyyə dairəsindəki kəndi vurduğunu, bir qadının yaralanaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus ümumilikdə 272 pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bəyan edib. Rəsmi məlumata görə, dronlar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Nijni Novqorod, Oryol, Rostov, Ryazan və Tambov vilayətləri, həmçinin ilhaq edilmiş Krım, Qara dəniz və Azov dənizi akvatoriyası səmada zərərsizləşdirilib.

Bütün bu hadisələri və Ermənistan seçkiləri TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR