Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan brifinq zamanı hər iki tərəfin qarşılıqlı tədarük üçün potensial malların siyahısını bir-birinə təqdim etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, artıq dövlət səviyyəsində müəyyən edilən siyahılar üzrə müzakirələr yekunlaşıb və top indi özəl sektorun tərəfindədir. "Hazırda iş adamlarının cavabını gözləyirik. Bazarların qarşılıqlı açılması tədricən baş verən bir prosesdir", - deyə Papoyan vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq bir müddətdir Ermənistan bazarında satılır. Lakin Azərbaycan bazarında hələlik Ermənistan məhsulları mövcud deyil. Ermənistan tərəfinin ixrac üçün təklif etdiyi siyahıya aşağıdakılar daxildir:
Sənaye məhsulları: Alüminium folqa və onun istehsalı üçün xammal, ferromolibden;
Kənd təsərrüfatı: Qızılgül və digər istixana məhsulları (pomidor, bibər);
Digər: Tekstil məhsulları, tütün və brendi (konyak) istehsalı üçün xammal.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ