İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı məhkəməsində haqlı qərarlar və İrəvanın ikili oyunu: Köçəryan, Sarkisyan üçün yolun sonu?

Ermənistanın hökumətyönlü media resursları Bakıda çıxarılan məhkəmə hökmlərini şərh edərkən növbəti dəfə köhnə ssenarini işə salıblar.

Musavat.com xəbər verir ki, rəsmi İrəvan təbliğatı Azərbaycanı guya “ikili oyun”da ittiham edir: xaricə sülhdən danışmaq, daxildə isə Ermənistana qarşı “cəzalandırıcı strategiya” aparmaq.

Bu kanallar iddia edirlər ki, Bakıda keçirilən məhkəmə prosesi sadəcə “gözə kül üfürmək” üçündür və sülh sazişi imzalandıqdan sonra məhkum olunanların hamısı “gec-tez” Ermənistana verilməlidir. Arqument isə emosionaldır: guya “sağlam sülh insan sümükləri üzərində qurula bilməz”.

Ancaq bu çağırışların ünvanı Bakı deyil. Bu mesajlar Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulub.

Reallıq ondan ibarətdir ki, Nikol Paşinyan bu fiqurantlara biganə olmadığını nümayiş etdirməyə məcburdur. Daxili siyasi təzyiq ən azı söz səviyyəsində reaksiya tələb edir. Amma pərdəarxası mənzərə tam fərqlidir.

Əslində, Ermənistan siyasi elitası bu hökmlərdən sonra dərindən nəfəs alıb. Çünki Bakıda cəza alan şəxslərdən hər biri Ermənistana qayıtsaydı, avtomatik olaraq revanşist düşərgəni gücləndirər və seçkilər ərəfəsində Paşinyana qarşı ciddi təhlükəyə çevrilərdi. İndi isə bu problem “başqasının əli ilə” aradan qaldırılıb.

Hazırda Ermənistanda hələ də digər hərbi cinayətlərdə ittiham olunan şəxslər var — Robert Köçəryan və Serj Sarkisyan. Əgər Paşinyan doğrudan da sülhdən danışırsa, növbəti məntiqi addım aydındır: onların Azərbaycana təhvil verilməsi təşəbbüsünü irəli sürməlidir.

Paşinyan bunu nə qədər tez anlayarsa, özü üçün bir o qədər yaxşı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR