Onlayn ictimai-siyasi qəzet
Bu aralar uşaqlar arasında kütləvi şəkildə suçiçəyi xəstəliyinin yayıldığı ilə bağlı iddialar dolaşır.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir:
"Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır. Ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə olunur.
Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır"./Lent.az
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ