İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər

Azərbaycanda 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74.9 il, qız uşaqları üçün isə 79.3 il olub.

Musavat.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü illə müqayisədə göstərici oğlanlarda 0.4 il, qızlarda isə 0.1 il artıb.

Belə ki, 2025-ci ildə doğulan qızların gözlənilən ömür uzunluğu oğlanlarla müqayisədə 4.4 il daha çox olub.

Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68.6 il, qız uşaqları üçün isə 75.1 il təşkil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR