İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Özbəkistan arasında yeni sənədlər imzalandı - FOTOLAR

“Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlərin intensiv inkişafı iqtisadi əlaqələrin şaxələndirilməsinə və biznes tərəfdaşlığının möhkəmlənməsinə güclü təkan verir”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında keçirilən 4-cü Bölgələrarası Forumun yekunlarına əsasən, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb:

“Energetika, maliyyə, infrastruktura, tikinti və istehsal kimi prioritet sahələri əhatə edən bu sənədlər biznes assosiasiyaları arasında əlaqələri möhkəmləndirəcək, özəl sektorun tam potensialını üzə çıxaracaq və birgə layihələrin həyata keçirilməsini irəli aparacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR