İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın çimərliklərini ZƏHƏRLİ CANLILAR BÜRÜDÜ - VİDEO

Avropanın çimərliklərində zəhərli fizaliyaların sayı artıb.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Fizaliyalar zahirən meduzaya bənzəsə də, əslində çoxsaylı kiçik orqanizmlərdən ibarət koloniya təşkil edən dəniz canlılarıdır. Onlarla təmas güclü ağrı və dəri yanıqlarına səbəb ola bilər. Ağır hallarda isə anafilaktik şok və tənəffüs problemləri yarana bilər.

Fizaliyalar, bir qayda olaraq, tropik sularda yaşayır. Lakin onların Atlantik okeanında daha tez-tez görünməsi anomal isti hava və dəniz suyunun temperaturunun yüksəlməsi ilə əlaqələndirilir.

Avropanın Atlantik sahillərində, xüsusilə İspaniyanın və Fransanın bəzi ərazilərində fizaliyaların kütləvi şəkildə sahilə çıxması səbəbindən bir sıra çimərliklərdə çimmək məhdudlaşdırılıb və bəzi ərazilər müvəqqəti bağlanıb. Fransanın Bask bölgəsində yüzlərlə insanın bu canlıların sancmasından zərər çəkdiyi bildirilir.

Məqalədə həmçinin qeyd olunur ki, avqustun əvvəlində Fransada yerləşən ən böyük atom elektrik stansiyalarından birinin altı enerji blokundan üçü meduzaların istilik dəyişdiricilərinin soyutma sistemlərinə daxil olması səbəbindən dayandırılıb. Çərşənbə axşamı da stansiyanın fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.

Fizaliyaların görünməsi ilə bağlı hadisələr İspaniya sahillərində də qeydə alınıb. Mütəxəssislər dəniz suyunun temperaturunun yüksəlməsinin və dəyişən okean şəraitinin bu canlıların Avropa sahillərində daha çox görünməsinə təsir göstərə biləcəyini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR