İnsanlara hürriyət, millətlərə istiqlal!

ANKARADAN GÖZLƏNİLMƏZ HƏMLƏ: Türkiyə Rusiyaya qarşı mövqeyini sərtləşdirir

“The New York Times” qəzetinin köşə yazarı Gönül Tol yazır ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Moskva ilə Ankara arasındakı münasibətlərdə balans Kremlin xeyrinə olmayan istiqamətdə dəyişməyə başlayıb.

Musavat.com xəbər verir ki, müəllifin fikrincə, bu prosesdə dönüş nöqtəsi Suriyada Bəşər Əsəd rejiminin süqutu olub.

Məqalədə qeyd olunur ki, Ukraynaya qarşı müharibəyə cəlb olunan Rusiya Suriyadakı əsas müttəfiqini qoruyub saxlaya bilməyib. Bunun əksinə olaraq, Türkiyənin regiondakı təsiri və nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Bu şəraitdə Ankara Ukraynaya dəstəyini daha da gücləndirib. Bildirilir ki, Türkiyə Kiyevin Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına yardım edir. Eyni zamanda, Ukrayna da Suriya və Fars körfəzi ölkələri ilə təhlükəsizlik, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir.

Müəllif hesab edir ki, Türkiyə artıq NATO ilə Rusiya arasında əvvəlki kimi balans yaratmağa çalışmır və getdikcə daha çox Kremlin maraqlarına zidd addımlar atır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR