İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anadolu” Rusiyaya mesaj verdi

Türkiyə Rusiyaya qarşı nümayiş məqsədilə aviadaşıyıcısını Baltikə göndərib.

Musavat.com xəbər verir ki, NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığı bununla bağlı məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş aviadaşıyıcısı “TCG Anadolu” “Eastern Sentry” əməliyyatı çərçivəsində Latviya sahilləri istiqamətində yerləşdirilir. Gəmi alyansın şərq sərhədləri boyunca hava müşahidəsi və müdafiəni gücləndirmək məqsədilə NATO Hərbi Hava Qüvvələrinin komandanlığına tabe ediləcək.

Brunssumdakı Birləşmiş Komandanlıq “X” sosial şəbəkəsindəki paylaşımında bu addımı “Şərqə açıq mesaj” kimi qiymətləndirib və qeyd edib ki, “Anadolu” “Steadfast Dart 26” donanmasındakı ən böyük gəmidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR