İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldığımız hər iki nəfəsdən biri oradan gəlir: Dünyanın gizli oksigen fabriki

Oksigen mənbəyi deyildikdə ağlımıza ilk növbədə sıx meşələr və xüsusən "dünyanın ağciyərləri" kimi tanınan Amazon cəngəllikləri gəlir.

Musavat.com xəbər verir ki, elmi faktlar bunun tamamilə yanlış bir təsəvvür olduğunu və bəşəriyyətin əsas nəfəs mənbəyinin meşələr yox, okeanlar olduğunu ortaya qoyur.

Alimlərin hesablamalarına görə, atmosferdəki oksigenin 50 ilə 80 faizdən çoxunu okeanlarda yaşayan gözlə görünməyəcək dərəcədə kiçik olan mikroorqanizmlər — fitoplanktonlar və dəniz yosunları istehsal edir. Amazon kimi böyük meşələr nəhəng miqdarda oksigen ayırsa da, orada yaşayan bitki və heyvanlar həmin oksigenin demək olar ki, hamısını geri istehlak edir.

Okeanların səthində Günəş işığı ilə fotosintez edən fitoplanktonlar (məsələn, Prochlorococcus adlı qədim bakteriya türü) mikroskopik ölçüdə olsalar da, dünyada aldığımız hər iki nəfəsdən birinin müəllifidir. Bu canlılar təkcə oksigen istehsal etmir, həm də karbon qazını udaraq qlobal istiləşmənin qarşısını alan ən böyük təbii qalxandır.

Ancaq qlobal istiləşmə, okean sularının isinməsi və plastik çirklənmə bu kiçik möcüzəvi canlıların yaşamını təhlükəyə atır. Ocean temperaturunun artması fitoplanktonların sayını azaldır ki, bu da birbaşa planetin nəfəs alma sisteminə vurulan ən böyük zərbə hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR