Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası "qlobal senzura kompleksi"nə qarşı tədbirlər elan edib və bir sıra əcnəbilərə viza məhdudiyyətləri tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti açıqlayıb.
Bildirilir ki, Vaşinqton hazırda Amerika texnologiya şirkətlərinə məzmunu senzura etmək və söz azadlığını, xüsusən də "Amerika baxışlarını" məhdudlaşdırmaq üçün təzyiq göstərməyə cəhd etməkdə ittiham olunan beş şəxsə qarşı viza sanksiyaları tətbiq edir.
ABŞ Dövlət katibi Marko Rubio vurğulayıb ki, ABŞ ifadə azadlığını məhdudlaşdırmağa və ya Amerika platformalarını məzmunu silməyə və ya bloklamağa məcbur etməyə yönəlmiş ekstraterritorial hərəkətlərə dözməyəcək. Bəyanatda qeyd olunur ki, yeni tədbirlər Tramp administrasiyasının söz azadlığını qorumaq və Vaşinqtonun rəqəmsal senzuranı əlaqələndirdiyinə inandığı beynəlxalq şəbəkələrə qarşı daha geniş strategiyasının bir hissəsidir.
Dövlət Departamentinin mətbuat xidməti Rubionun sözlərinə istinadən bildirib ki, "Prezident Donald Tramp açıq şəkildə bildirib ki, onun "Amerika Birinci" xarici siyasəti Amerika suverenliyinin pozulmasını rədd edir. Amerika söz azadlığını hədəf alan xarici senzuraların ekstraterritorial müdaxiləsi də istisna deyil. Dövlət Departamenti digər xarici aktyorlar öz kurslarını dəyişməsə, mövcud siyahını genişləndirməyə hazır olduğunu bildirib".
ABŞ Dövlət Departamentinin Dövlət katibinin müavini Sara Rocers X-də bildirib ki, sanksiya tətbiq olunanlardan biri keçmiş Avropa Daxili Bazar Komissarı Terry Bretondur: Rəqəmsal Xidmətlər Qanununun arxasında duran Terry Breton-a sanksiyalar tətbiq etdik".
Aİ-nin Rəqəmsal Xidmətlər Qanunu 2023-cü ilin avqustunda qüvvəyə minib. Bu qanun Facebook və Instagram, AliExpress, Amazon Store, AppStore, Booking və digər platformalar da daxil olmaqla bir sıra platformalar üzərində nəzarəti əhəmiyyətli dərəcədə gücləndirib.
Rocersxatırladıb ki, 2024-cü ilin avqustunda Breton Avropa Komissiyasının amerikalı milyarder İlon Maska rəsmi məktub göndərdiyini və "zərərli məzmun"u silməkdə yetərli olmayan tədbirlər gördüyünə görə onun sosial şəbəkəsi X-i cəzalandırmağa hazır olduğunu xəbərdar etdiyini açıqlayıb. Həmin xəbərdarlıq o vaxt prezidentliyə namizəd olan Donald Trampın çıxışının X-də yayımlanması ərəfəsində edilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ