Onlayn ictimai-siyasi qəzet
“İranla danışıqlar davam edir. Hazırda böyük armada İran istiqamətində hərəkətdədir”. ABŞ Prezidenti Donald Tramp bildirib. “İranla danışıq aparırıq. Nəticəsinin necə olacağını görəcəyik. Baxmaq lazımdır, İranla razılaşma əldə ediləcək, yoxsa yox”, - dövlət başçısı qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian isə ABŞ-la mümkün danışıqların yalnız milli mənafe çərçivəsində aparılacağını bildirib. Pezeşkian bu barədə “X”-də bildirib. O qeyd edib ki, regiondakı dost ölkələrin ABŞ Prezidentinin danışıqlarla bağlı təklifinə cavab verilməsi istiqamətində xahişlərini nəzərə alaraq xarici işlər nazirinə müvafiq göstəriş verib.
“Xarici işlər nazirinə tapşırdım ki, yalnız münasib atmosferin olduğu, təhdidlərin və məntiqsiz gözləntilərin olmadığı halda, izzət prinsipi, hikmət və məsləhət əsasında, milli mənafeyimiz çərçivəsində ədalətli danışıqlar üçün zəmin hazırlasın”, – Pezeşkian bildirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmin bu mövzularını siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ