İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub – Vens

ABŞ administrasiyası Yəmənin Husi üsyançı hərəkatı olan Ənsar Allah ilə birbaşa əlaqə saxlayır.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında boğazdakı vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, təmaslar husi qüvvələri Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürdükdən sonra başlayıb: "Biz BƏƏ, Səudiyyə Ərəbistanı və regiondakı digər maraqlı tərəflərlə daim əlaqə saxlayırıq. ABŞ administrasiyası bu məsələyə xüsusi diqqət yetirir. Biz həmçinin husilərin özləri ilə birbaşa dialoq aparırıq. Buna görə də, vəziyyətin çox sürətlə və dinamik şəkildə inkişaf etməsinə baxmayaraq, onu nəzarət altında saxladığımıza həqiqətən inanırıq. İnkişafı izləməyə davam etmək niyyətindəyik."

Daha əvvəl Yəmən hökumət qüvvələri Perimdən geri çəkilib və husilər adanın qarşısında yerləşən Qırmızı dəniz sahilindəki Zubab şəhərini işğal ediblər.

Hökumət qüvvələri husi milislərinin strateji ərazilərdə, o cümlədən Ənsar Allah tərəfindən idarə olunan sahil şəhəri Moxaya gedən yolda hər hansı bir hərəkətinin qarşısını almaq üçün silah və təyyarələrin yerləşdirildiyini elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR