Onlayn ictimai-siyasi qəzet
Prezident Nikolas Maduronun dövründə Venesuelanın sənaye naziri olan Aleks Saab ABŞ məhkəməsində çirkli pulların yuyulması ilə bağlı sui-qəsddə günahını etiraf edib.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında yer alıb: "54 yaşlı Aleks Naim Saab Moran bu gün Venesuela və ABŞ-da genişmiqyaslı korrupsiya və fırıldaqçılıq sxemindən əldə edilən gəlirlərin yuyulması üçün sui-qəsddə günahını etiraf edib".
Saab 20 ilə qədər həbs cəzası ala bilər. Məhkəmə hələ hökmün çıxarılma tarixini təyin etməyib.
May ayında Venesuela İnformasiya və Kommunikasiya naziri Migel Perez Saabın ABŞ-da törədilən müxtəlif cinayətlərdə iştirak etdiyinə görə bu ölkəyə deportasiya edildiyini açıqlayıb.
Venesuelanın diplomatik elçisi statusuna sahib olan Saab ABŞ sanksiyaları çərçivəsində Venesuelaya ərzaq və dərman tədarükünü təmin etmək üçün tez-tez xarici ölkələrə gedirdi. 12 iyun 2020-ci ildə o, ABŞ-ın tələbi ilə təyyarəsinin texniki eniş etdiyi Kabo-Verde adasında saxlanılıb. 2021-ci ilin oktyabrında ABŞ-a ekstradisiya olunaraq orada Amerika bankları vasitəsilə 350 milyon dollarlıq çirkli pulların yuyulmasında ittiham edilib.
Uzun müddət davam edən hüquqi mübarizədən sonra Saab ABŞ və Venesuela arasında məhbus mübadiləsi müqaviləsinin bir hissəsi olaraq 2023-cü ilin dekabrında azadlığa buraxılıb və Karakasa qayıdıb. O, 2024-cü ilin oktyabrından 16 yanvar 2026-cı ilə qədər Venesuelanın Sənaye və milli istehsal naziri vəzifəsində çalışıb, Venesuela Prezidenti Delsi Rodrigez nazirliyin Ticarət Nazirliyi ilə birləşdirilməsindən sonra onu vəzifəsindən azad edib.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ