Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin yanvar-iyun aylarında piyadaya yol verilməməsinə görə 39 min 568 inzibati xəta aşkar olunub.
Bu barədə Musavat.com-un sorğusuna cavabda Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, cari ilin 6 ayında piyadaya yol verilməməsinə görə 1967,3 min manat məbləğində cərimə tətbiq olunub.
Bütün yol-nəqliyyat hadisələri nəticəsində tətbiq olunmuş cərimələrin məbləği 179087,2 min manat olub. Bildirilib ki, bütün yol-nəqliyyat hadisələri nəticəsində 131 piyada həlak olub, 120 piyada yaralanıb.
Qeyd olunub ki, nəqliyyat vasitələri və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin çox hissəsi yaşayış məntəqələrində aşkar olunub.
Nigar Həsənli
Musavat.com
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ