Onlayn ictimai-siyasi qəzet
İrana qarşı hərbi əməliyyatın başlanmasından sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatlar regiondakı səfirliklərinə qayıdırlar.
Musavat.com Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamenti bu həftə Yaxın Şərqdəki işçilərinin mövcudluğuna qoyulan bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Lakin agentlik qeyd edir ki, regiondakı əksər Amerika diplomatik nümayəndəlikləri hələlik tam ştata qayıtmaq niyyətində deyil.
Associated Press-in yazdığına görə, bu tədbirlər Vaşinqtonun İranla münaqişəyə yanaşmasındakı dəyişikliklə əlaqəli deyil, daha çox Dövlət Departamentinin kadr siyasətindən irəli gəlir: bu siyasət diplomatların öz iş yerlərindən kənarda keçirə biləcəkləri vaxtı məhdudlaşdırır.
Daha əvvəl The New York Times qəzeti Dövlət Departamentinin daxili sənədlərinə istinadən xəbər vermişdi ki, Amerika hakimiyyəti diplomatların Yaxın Şərq ölkələrindəki səfirliklərə qayıtmasına hazırlaşır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ