Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində ABŞ esminesini vurması barədə məlumatını təkzib edib.
Musavat.com xəbər verir ki, komandanlıq X hesabında açıqlama yayıb:
“İranın Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesini vurması iddiası yalandır. Dənizdəki ABŞ qüvvələri təhlükəsiz və maneəsiz uçuş, üzgüçülük və fəaliyyət göstərməyə davam edir".
Qeyd edək ki, Mehr xəbər agentliyi İran ordusunun ölkə ilə əlaqəli ticarət gəmilərinə qarşı son hərəkətlərə görə məsuliyyət daşıyan ABŞ esminesinin göyərtəsindəki əməliyyatların idarəetmə mərkəzinə zərbə endirdiyinə dair xəbər yayıb:
"Bir neçə saat əvvəl Hörmüz boğazında qaydaları pozan təcavüzkar hərəkətlərdən və ABŞ hərbçilərinin Oman dənizində İran ticarət gəmilərinə qarşı düşmənçilik hərəkətlərindən sonra İran Hərbi Dəniz Qüvvələri bu hərəkətlərin mənbəyini müəyyən edərək, onlara görə məsuliyyət daşıyan komandanlıq və idarəetmə mərkəzinə zərbə endirib".
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ