Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Abbas Bağırov işğaldan azad edilmiş Qarabağ bölgəsinə səfər edib.
Musavat.com-un məlumatına görə, sənətçi Kəlbəcər rayonundan görüntülər paylaşaraq izləyicilərinə öz təəssüratlarını çatdırıb.
Abbas Bağırov xüsusən də bölgənin məşhur istirahət məkanlarından olan İstisuya səfərini qeydə alıb və buradakı mənzərələrin heyrətamiz olduğunu bildirib.
Müğənni paylaşımında Kəlbəcərin təbiətinə olan valehliyini ifadə edib, uzun illərdən sonra bu gözəlliklərin yenidən xalqımıza qovuşmasının qürurverici olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün Kəlbəcər Şəhəri Günü qeyd olunur.
Könül
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ