Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp MKİ direktoru Con Ratkliffi Rusiyaya şəxsən özü göndərib.
Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadən yayıb. Onların sözlərinə görə, Reatkliffin missiyası "o qədər həssas" olub ki, hətta bəzi Ağ Ev rəsmiləri də bundan əvvəlcədən xəbərsiz olublar.
Qəzetin məlumatına görə, adətən bu cür hadisələrdən xəbərdar olan ABŞ hərbi rəsmiləri və Trampın etibarlı köməkçiləri də Ratkliffin Kremlə çatdırmalı olduğu mesajdan xəbərsiz qalıblar. Mənbələrinə görə, Avropa rəsmiləri yalnız onun səfərindən sonra bu barədə məlumat axtarmağa məcbur olublar.
Qəzet iki Avropa rəsmisinə istinadən qeyd edir ki, Ratkliff Moskvaya ABŞ-ın Şimali Atlantika Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsinə sadiq qaldığını bildirib. Bundan əlavə, adı açıqlanmayan ABŞ və Avropa rəsmiləri WSJ-yə bildiriblər ki, Ratkliff Rusiyanın İranla əməkdaşlığını və Ukrayna ilə danışıqların intensivləşdirilməsini müzakirə edib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ