Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ermənistan münasibətlərində yeni və müsbət bir mərhələnin başladığını söyləmək olar. Bu da ən əvvəl Bakının sülhə məcburetmə siyasəti sayəsindədir. Çünki Azərbaycanda əməkdaşlığa qarşı olan, müharibə arzulayan bircə nəfər tapmaq mümkün deyilsə, qonşu ölkədə durum başqadır.
Gerçək belədir ki, Ermənistanda “bəlkə də qaytardılar” ümidi ilə yaşayan revanşist zümrə qalır. Üstəlik, bu zümrə yetərincə təşkilatlanıb, heç bir maliyyə sıxıntısı yoxdur, parlamentdə fraksiyalara, media resurslarına, habelə erməni kilsəsinin və lobbisinin, bəzi xarici güclərin (Rusiya, Fransa) tam dəstəyinə malikdir.
Baş nazir Nikol Paşinyanın əsas vəzifəsi də əslində, bütün bu “sualtı” daşları vaxtında zərərsizləşdirib sülh prosesini davamlı eləmək və məntiqi sonluğa çatdırmaqdır. Öz xalqı üçün yaranmış sonuncu tarixi və unikal fürsəti qaçırmamaqdır. İnsafən, bu yöndə o, səylər göstərir. O sırada Nikol uzun illər Kremlin əlində alət olmuş Qarabağ konfliktinin artıq bitdiyini və “indi əsas vəzifənin 29.7 min kv km-lik Ermənistanın müstəqilliyini möhkəmlətmək olduğunu” bəyan edib...

“Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı xətti sahəsində də tərəfdaşlığımız ola bilər”.
Bunu erməni Baş nazir srağagün deyib. Maraqlıdır ki, o, ilk dəfə olaraq azərbaycanlı mütəxəssislərin iki dəfə - 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda (Qərbi Zəngəzurda) olduğunu da təsdiqləyib. Həmin səfərlər zamanı elektrik ötürücü xətlər, dəmir yolu, boru kəmərləri və s. ilə bağlı müzakirələr aparılıb. “Əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır” – Nikol vurğulayıb.
Yəni, Bakı və İrəvan SSRİ dağılandan – on illər sonra, nəhayət, ortaq energetik-kommunikasiya layihələri ilə bağlı konkret addımlar atmağa başlayıb. Təbii ki, bu da bölgəni həmişə qarışdırmağa və “bulanıq suda balıq” tutmağa çalışan məkrli çevrələri narahat edir...
Diqqət edin, məhz belə pozitiv gəlişmələr fonunda İrəvanda, avqustun 18-də mifik separatçı qurumun keçmiş “rəsmiləri” ilə uydurma “artsax parlamenti fraksiyalarının” nümayəndələri arasında “artsax nümayəndəliyi”ndə görüşün planlaşdırıldığı xəbəri yayılıb. Yerli medianın yazdığına görə, guya orada təzə “prezident seçkisi” və “parlament sədri" məsələsi müzakirə olunacaq.
İndi bunu necə anlayaq? Nədən Ermənistanda bu üzdəniraq “nümayəndəlik” indiyədək qalır? Az öncə parlamentdən “artsax bayrağı” adlı əski parçalarını yığışdıran hökumət bir neçə gün sonra separatçıların toplaşıb Azərbaycan dövlətinə, onun suverenliyi və ərazi bütövlüyünə yenə meydan oxumasına izn verəcəkmi? Görəcəyik...
Aydın məsələdir ki, davam edən “arsax” tamaşaları həm də “miatsum” mövzusunu “diri” saxlayıb, ictimai şüuru yeni konstitusiyaya qarşı kökləmək niyyəti güdür. Hansı layihədə ki, Azərbaycana və Türkiyəyə qarşı hər hansı şəkildə torpaq iddiaları əksini tapmayacaq.
Radikal-revanşistlər yaxşı bilir ki, sülh müqaviləsinin imzalanması və iki xalq arasında düşmənçilik səhifəsinin qapadılması üçün gec-tez konstitusiya referendumuna gediləcək. İrəvan buna məcbur və məhkumdur. Belə bir ümumxalq plebissitini, eyni zamanda, Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) açılması diktə edir.
Başqa sözlə, söhbət həmçinin ABŞ-nin və onun prezident Donald Trampın iradəsinə qarşı çıxmaqdan gedir. Odur ki, Paşinyanın pozucu qüvvələrə qarşı ikiqat qətiyyətli olmasında fayda var...
Z. SƏFƏROĞLU
25 Avqust 2026
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ