İnsanlara hürriyət, millətlərə istiqlal!

Buna görə Pakistanın yanında, Hindistanın önündəyik!

Dost dardadırsa, əlbəttə ki, rahatlıq tapmaq mümkünsüz. Söhbət Azərbaycanın barmaqla sayılacaq ən sadiq, ən sınanmış müttəfiqlərindən biri, Ermənistanı hələ də dövlət kimi tanımayan yeganə BMT üzvü Pakistandan gedir. Şəkk-şübhə yox ki, qonşu Hindistanın zorla sürüklədiyi budəfəki qarşıdurmada o, gərəkənləri tərəddüdsüz edəcək.

Gerçək belədir ki, Pakistan Hindistana yox, ikinci birinciyə hücum edib. Bəhanə məlum. Guya İslamabad Hindistan ərazindəki son terror hücumunun sifarişçisidir. Yəni Pakistanı faktiki terrorçuluğun sponsoru kimi təqdim edilir.

Halbuki dinc əhaliyə qarşı gerçək terrorçu davranışı sərgiləyən məhz ifrat sağçı partiyanın (HXP) lideri, neçə ildir hakimiyyətdə olan faşist təmayüllü Narendra Modi hökumətidir. Hansı ki, Kəşmirin özünün nəzarətində olan hissəsində (55%) vaxtaşırı müsəlman əhaliyə qarşı insanlığa sığmayan əməllər törədir.

Modinin dövründə o sırada vilayətin xüsusi statusu ləğv edilib. Müsəlman iş adamlarına irqçi bir münasibət bərqərar edilib. Hətta müsəlmanların öz dini inancını, ibadətini normal, sakitcə yerinə yetirməsinə qarşı dözülməz mühit yaradılıb.

Qısacası, rəsmi Nyu-Dehli xüsusilə Modi rejimi dövründə islam dini daşıyıcılarına “ikinci sort” kütlə kimi baxır və cəmiyyətdə də onlara qarşı eyni təbliğatı körükləyir. Belə olan surətdə müsəlman əhaliyə qarşı yumşaq desək, bu qəbil ksenofobik davranışın cavabı olmalı deyildi?..

İslam Peyğəmbəri (s) buyurub ki, “dininizə təhlükə varsa, canınızı verin, dininizi qurtarın”. İnsanların, icmaların özünü müdafiə hüququ deyilən anlayış var. Demirik ki, terrorun cavabı terrorla verilməlidir. Terrorçunun dini-imanı, milliyyəti olmaz.

Ancaq xuntaçı Modi hökuməti yalnız başqa inancdan olduğu üçün illərdir yerli əhaliyə qarşı vəhşiliklər edəndə, qan udduranda, onun təməl haqlarını mütəmadi tapdayanda, müsəlman qadınlara qarşı əxlaqsızlıqlar törədəndə, bunun hansısa şəkildə qarşılığının olacağını ciddiyə almalı idi...

Ümid edək ki, ermənilərin dostu (dostunu göstər, deyim kimsən) Hindistan vaxtında ayılıb düzgün nəticə çıxaracaq və axmaq qərarlar verməyəcək. Çünki Pakistan əhali və ərazicə ondan kiçik olsa da, hərbi qüdrəti ondan geri qalmır. Bir sıra sferalar üzrə isə irəlidədir. Bizə hələ nüvə başlıqlarını demirik. Üstəgəl, Çin və Türkiyə kimi qüdrətli müttəfiqləri var. Ən əsası qardaş Pakistan haqlı və müdafiə olunan tərəf!

Azərbaycan xalqı əlbəttə ki, bu qarşıdurmada qeyd-şərtsiz və tərəddüdsüz öz qardaşının yanındadır. Ən əvvəl haqlı mövqedə olduğu üçün. Azərbaycanı dostları haqsız ola bilməz.

Söz düşmüşkən, Minval.az Telegram kanalında “Hindistan və Pakistan arasındakı münaqişədə kimi dəstəkləyirsiniz” mövzusunda anonim sorğu keçirir. Bu dəqiqəyə səsvermədə iştirak edənlərin 84%-i Pakistanın adını çəkib. Təəccüblümü? Əsla...

Pakistan bizim hərbi dəstəyimizə ehtiyac duymasa da, bütün hallarda ürəklərimizlə, dualarımızla, lazım gəlsə, PUA-larımızla, silahlarımız və canımızla qardaşlarımızın yanında, Hindistanın isə önündəyik. Bizim dost itirən vaxtımız deyil. Xüsusən də o dost ki, ona vəfa borcumuz var.

Əminik, Allah eləməmiş, yenə dara düşsək, eyni istiliyi və doğmalığı Pakistan xalqından görəcəyik. Qeyd-şərtsiz və tərəddüdsüz. Dilimiz fərqli olsa da, bizi bizdən yaxşı kim anlayar ki. Əsas olan qəlblərin, könüllərin birliyi.

Kəşmir Pakistandır və nida işarəsi!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026

20 Aprel 2026

17 Aprel 2026

14 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

24 Mart 2026

18 Mart 2026

16 Mart 2026

14 Mart 2026

09 Mart 2026

07 Mart 2026