İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraqsız dövlət – Naxçıvanın muxtar statusu LƏĞV edilir?

Fazil Mustafa parlamentin bugünkü iclasında Naxçıvanla bağlı diqqətçəkən fikir söyləyib. O, Naxçıvan haqda “dövlət” anlayışını konstitusiyadan çıxarmağı təklif edib.

Bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu yada salan deputat bildirib ki, “Naxçıvanın dövlət rəmzləri haqqında” ifadəsində “dövlət” sözü artıqdır: “Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidirsə, buna da diqqət etməliyik. Naxçıvan haqda dövlət tanıtımı Konstitusiyada qeyd olunmamalıdır”.

Haqlıdır. Dövlət içində dövlət olmaz. Çünki dövlət həm də ordu demək. Bir dövlətin iki ordusu olurmu? Hələ başqa atributlar, rəmzlər – pul vahidi, bayraq, himn, gerb...

Bir dövlətdə iki dövlət bayrağı mümkünmü? Doğrudur, Naxçıvan Konstitusiyasında belə bir müddəa var: “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir”.

O zaman bölgənin muxtar və dövlət statusuna nə gərək? Azərbaycan 35 ildir beynəlxalq hüququn subyekti və unitar dövlət kimi öz daxili inzibati quruluşunu özü sərbəst müəyyən eləmək hüququna malikdir. Bunu dəfələrlə sübut və nümayiş də etdirib, o cümlədən DQMV-nin ləğvi və Naxçıvan MSSR adından “sovet sosialist” sözlərini çıxarmaqla. Demək ki, muxtar status da ləğv oluna bilər. Əlbəttə ki, referendumla. Çünki söhbət konstitusiyanı dəyişməkdən gedir...

Bu da faktdır ki, Rusiyada Çeçenistan, Tatarıstan kimi respublika statusunda bütün muxtar qurumların öz konstitusiyaları, bayraqları var. Naxçıvan muxtar respublikasının da konstitusiyası var, amma bayrağı yoxdur. Bu həm də o anlama gəlir ki, əgər Rusiyanın həmin subyektlər gələcəyin potensial müstəqil dövlətləridirsə, Naxçıvanı belə perspektiv gözləmir. Ona görə ki, Azərbaycan artıq vurğulandığı kimi, federativ yox, unitar dövlətdir. Burada paralel dövlət qurumlarına, ikinci dövlətin rəmzlərinə yer ola bilməz.

Azərbaycan indi həm də dünyanın “orta gücləri” sırasında yer alan kifayət qədər qüdrətli bir dövlət, beynəlxalq birliyin nüfuzlu üzvü. Regionun açar ölkəsi. Bu gerçəklik xüsusən də geosiyasi təlatümlərin artdığı zəmanəmizdə ölkənin unitar konstitusiya quruluşunu daha da möhkəmlətməyi zəruri edir...

Naxçıvan Konstitusiyasının preambulasında bu bənd də yer alıb: “Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir”.

Ancaq Qars müqaviləsi artıq öz işini görüb. Bəd ayaqda Türkiyə ilə imzaladığımız və özündə Naxçıvanın təhlükəsizliyini də ehtiva edın Şuşa Bəyannaməsi (2021) var. Bu sənəd Moskva Bəyannaməsindən fərqli olaraq, hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Yəni, hakimiyyətlərdən, siyasi rejimlərdən asılı olmayaraq bütün zamanlar üçün qüvvədə olacaq...

Bu da var ki, muxtar statusun ləğvi erməni separatçıların əlində Azərbaycan əleyhinə axırıncı nəzəri “arqumenti” də aradan qaldırmış olar. Üstəgəl, Zəngəzur dəhlizi (Tramp marşrutu) və Araz boyu alternativ dəhlizin işə düşməsi ilə bölgə Azərbaycan və Türkiyəyə daha güclü şəkildə bağlanmış olacaq.

Və sonda. Naxçıvana dəhlizlə keçid bir dövlətdən başqa dövlətə yox, Azərbaycandan-Azərbaycana keçiddir. Bu da bizə hüquqi əsas yaradır ki, yolun əhalimiz üçün, mallarımız üçün maneəsiz olmasını tələb edək. Naxçıvanın dövlət və muxtar statusunun ləğvi, ona, misal üçün, Kalininqrad kimi vilayət statusunun verilməsi bu haqqımızı yalnız gücləndirəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026