İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən 20 maddəlik sülh planı ilə bağlı TƏKLİF

Ukrayna prezidenti Volodimir Zelenski 20 maddədən ibarət sülh planının ümumxalq referendumuna çıxarılmalı olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Dövlət başçısının sözlərinə görə, belə bir referendumun keçirilməsi üçün ən azı 60 günlük atəşkəs zəruridir. Zelenski vurğulayıb ki, təhlükəsiz və şəffaf səsvermənin təşkili yalnız döyüş əməliyyatlarının dayandırılması şəraitində mümkündür.

“Bu miqyasda və ölkənin gələcəyini müəyyənləşdirən qərar yalnız xalqın birbaşa iradəsi ilə qəbul edilməlidir. Bunun üçün isə davamlı və real atəşkəs lazımdır”, – deyə Ukrayna prezidenti qeyd edib.

Zelenskinin açıqlaması Ukraynada mümkün sülh ssenariləri və müharibənin siyasi həlli yolları ətrafında gedən müzakirələr fonunda səslənib. Kiyev referendumu münaqişənin gələcək taleyinə dair legitim mexanizm kimi dəyərləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR