İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Bazarda satıcını dronla vurdular - ŞOK VİDEO

Ukraynanın Xerson şəhərində yerləşən bazarda tərəvəz satan 52 yaşlı kişi dron hücumu nəticəsində yaralanıb.

Musavat.com xəbər verir ki, hadisənin təhlükəsizlik kamerası görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Ukrayna rəsmilərinin məlumatına görə, hücum səhər saat 06:30 radələrində Xersonun Tavriyski rayonunda, "Üç Bayonet Meydanı" yaxınlığındakı bazarda baş verib. Hücum zamanı bazarda çalışan 52 yaşlı Yuri hədəfə alınıb.

Yayılan görüntülərdə dronun bazar ərazisinə yaxınlaşdığı, tərəvəz satıcısının qaçmağa çalışdığı, dronun isə onu izləyərək yaxınlıqda partladığı görünür.

Partlayış nəticəsində Yuri travma, qapalı kəllə-beyin zədəsi, eşitmə itkisi, həmçinin kürək və ayaq nahiyəsindən qəlpə yaraları alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına görə, onun vəziyyəti orta ağır qiymətləndirilsə də, həyati təhlükəsi yoxdur.

Ukrayna tərəfi hücumun birbaşa mülki şəxsi hədəf aldığını iddia edir. Rusiya isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

 

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2026

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR