İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın yolun ortasında uzanıb tıxac yaratdı - VİDEO

İstanbulda gecə saatlarında baş verən qəribə hadisə həm sürücüləri, həm də ətraf sakinlərini təəccübləndirib.

Musavat.com xəbər verir ki, naməlum qadın yolun ortasında üzüaşağı uzanaraq nəqliyyatın hərəkətini dayandırıb.

Hadisə zamanı yoldan keçən avtomobillər hərəkəti dayandırmaq məcburiyyətində qalıb. Sürücülər uzun müddət siqnal versələr də, qadın buna heç bir reaksiya verməyib.

Yayılan görüntülərdə qadının yerdə uzanarkən mobil telefonuna baxdığı, hətta baş verənləri telefonla qeydə aldığı görünür.

Hadisənin şahidi olan bəzi sakinlər qadının yola uzanmazdan əvvəl hərəkətdə olan nəqliyyat vasitəsinin üzərinə çıxdığını iddia ediblər. Bununla belə, bu iddia rəsmi şəkildə təsdiqlənməyib.

Sonda siqnalların nəticə vermədiyini görən sürücü avtomobildən enərək qadına yaxınlaşıb. Hadisənin bundan sonra necə yekunlaşdığı və qadının niyə belə davrandığı barədə isə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama yoxdur.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR