Onlayn ictimai-siyasi qəzet
Aktrisa Zümrüd Qasımova mərhum atası ilə bağlı paylaşım edib.
Sənətçi atasının ad günü olduğunu vurğulayıb:
"Atam. 75 yaşın mübarək olsun. Kaş bu gün 75 yaşını bizimlə birlikdə qeyd edə biləydin. Kaş sağ olaydın. Əminəm ki, həyatımız da tamam başqa cür olardı. Sən bizi yalnız böyütmədin, vicdanlı, mərhəmətli, insanın dərdinə biganə qalmayan insanlar kimi böyütdün. Bizə öyrətdin ki, insanın ən böyük sərvəti onun ürəyi və vicdanıdır.
Bu gün həyatda olmadığın üçün çox şey yarımçıq qalıb. Amma səndən aldığımız tərbiyə, öyrətdiyin dəyərlər bizimlə yaşayır"./axsam.az/

20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ