Onlayn ictimai-siyasi qəzet
Afrikada qızıl hasil edilən mədəndə dəhşətli hadisə baş verib. Torpaq sürüşməsi nəticəsində onlarla insan yerin altında qalıb.
Musavat.com xəbər verir ki, faciə Mərkəzi Afrika Respublikasının Kamerunla sərhədinə yaxın ərazidə yerləşən kustar üsulla qızıl hasil edilən mədəndə qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, mədən ərazisində güclü torpaq sürüşməsi baş verib və həmin vaxt mədəndə çalışan onlarla insan torpaq altında qalıb.
Hadisə yerində xilasetmə işləri aparılır. Rəsmilər dağıntıların altında hələ də insanların qala biləcəyini bildirirlər.
Ölən və yaralananların dəqiq sayı barədə hələlik yekun məlumat açıqlanmayıb.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ