İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BCM prezidentinə sanksiyalar tətbiq edir

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akanı sanksiya siyahısına daxil edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin fevral ayında ABŞ prezidenti Donald Tramp BCM-in ABŞ və İsrail də daxil olmaqla müttəfiqlərinə qarşı hərəkətlərinə görə sanksiyalar tətbiq edən sərəncam imzalayıb.

2026-cı ilin iyul ayında ABŞ dövlət katibi Marko Rubio “The Wall Street Journal”da dərc olunan məqaləsində ABŞ administrasiyasının "lazım gələrsə, BCM-i tədricən ləğv edəcəyini" yazıb.

Ayrı bir videoda Rubio BCM-ni "seçkisiz qlobalist məmurlar" tərəfindən idarə olunan "radikal təşkilat” adlandırıb. O bildirib ki, “BCM və onun müttəfiqləri ölkəmizə qarşı güllə və raketlərlə deyil, qanunların, müqavilələrin və sözdə beynəlxalq hüququn gücü ilə müharibə aparırlar”.

BCM-i təsis edən Roma Statutuna soyqırım və ya müharibə cinayətləri törədən şəxsləri mühakimə etməyə icazə verilir.

Amerika Birləşmiş Ştatları Roma Statutunun tərəfi deyil və dəfələrlə BCM-in Amerika vətəndaşları üzərində yurisdiksiyasını tanımadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR