İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan KTMT AÇIQLAMASI 

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) statusu hələ də qeyri-müəyyən olaraq qalır.

Musavat.com xəbər verir ki, erməni politoloq, Kremlpərəst mövqeyi ilə tanınan Andranik Ovannisyan bu barədə məqalə ilə çıxış edib.

Müəllif yazır ki, 2024-cü ilin əvvəlindən Ermənistanın KTMT-də iştirakı faktiki və hüquqi baxımdan fərqli vəziyyətə düşüb. Onun sözlərinə görə, 2026-cı ilin noyabrında Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında İrəvanın səsvermə hüququndan məhrum edilməsi məsələsinin gündəmə çıxarılacağı gözlənilir.

Ovannisyan xatırladır ki, təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə üzvlük haqqı ödəməzsə, həmin ölkənin kvota üzrə vəzifələrə namizəd irəli sürmək və təşkilatın orqanlarında səs vermək hüququ dayandırıla bilər.

Onun fikrincə, Ermənistan faktiki olaraq artıq bu vəziyyətə düşüb.

Onun sözlərinə görə, İrəvan uzun müddətdir KTMT Katibliyində kvota üzrə vəzifələrə öz nümayəndələrini irəli sürmür, Birləşmiş Qərargahdakı nümayəndələrini geri çağırıb və iki ildir təşkilata üzvlük haqqı ödəmir.

Bununla belə, Ovannisyan vurğulayır ki, bütün bunlar Ermənistanın hüquqi baxımdan KTMT-dən çıxdığı anlamına gəlmir.

"De-yure Ermənistan hələ də KTMT-nin üzvüdür. Məhz buna görə də Nikol Paşinyan hökuməti bu məsələyə aydınlıq gətirməli, yekun qərar qəbul etməli və iki stulda oturmağa çalışmamalıdır", – deyə Ovannisyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR