İnsanlara hürriyət, millətlərə istiqlal!

Son halını görənlər tanımadı - FOTOLAR

Bir dövrün məşhur modeli və Yeşilçam aktyoru Engin Koç İstanbulun səs-küylü həyatına vida edərək doğulduğu Sivas vilayətinə köçüb.

Musavat.com xəbər verir ki, məşhur sima hazır ev tikdirərək ailəsi ilə birlikdə kənd həyatını seçib.

Əslən Sivasın Hafik rayonundan olan Engin Koç həyat yoldaşı Pınar və oğlu Burga ilə birlikdə Yeniköy kəndində məskunlaşıb. O, burada tikdirdiyi prefabrik evdə yaşayır və vaxtının böyük hissəsini bağçılıqla məşğul olaraq keçirir.

Uzun müddətdir ekranlardan uzaq qalan Koç son günlər anası Gül Koçla birlikdə çəkdirdiyi fotonu sosial media hesabında paylaşıb. Paylaşım qısa zamanda izləyicilərin diqqətini çəkib və çoxsaylı müsbət rəylər alıb.

 

Qeyd edək ki, bir vaxtlar "Modellər Kralı" kimi tanınan Engin Koç son illər ekranlardan uzaq qalaraq daha sakit və təbiətlə iç-içə bir həyat tərzinə üstünlük verir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR