İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HADİSƏ: Pilot 25 kiloqram narkotiklə yaxalandı - ANBAAN VİDEO

Malayziya Hava Yollarında çalışan pilot Kuala Lumpur–Cakarta reysindən sonra İndoneziyanın Soekarno-Hatta Beynəlxalq Hava Limanında külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Musavat.com xəbər verir ki, 39 yaşlı pilotun çamadanı gömrük əməkdaşlarının rentgen yoxlaması zamanı şübhə doğurub.

Baxış zamanı onun baqajı və əl yükündən ümumilikdə 25,2 kiloqram narkotik maddə, o cümlədən 70 min 114 həb və 4 qram metamfetamin aşkarlanıb.

Hadisənin iyulun 28-də Kuala Lumpurdan Cakartaya həyata keçirilən reysdən sonra baş verdiyi bildirilir.

Araşdırma çərçivəsində pilotdan götürülən sidik nümunəsinin də müsbət nəticə verdiyi açıqlanıb. İndoneziya hüquq-mühafizə orqanlarının məlumatına görə, bu nəticə onun narkotik vasitələrdən istifadə etdiyini göstərir.

İstintaq zamanı pilot narkotikləri başqa şəxsin tapşırığı ilə Cakartaya gətirdiyini etiraf edib. Onun sözlərinə görə, bunun müqabilində 50 min Malayziya ringgiti (təxminən 12 min ABŞ dolları) almalı idi.

Polis həmçinin bildirib ki, saxlanılan şəxs daha əvvəl də iki dəfə narkotik daşıdığını etiraf edib. Araşdırma zamanı onun üzərində qəfil narkotik testlərindən yayınmaq məqsədilə əvvəlcədən götürülmüş təmiz sidik nümunəsi saxladığı da müəyyən edilib.

Hadisə ilə bağlı istintaq davam edir. Rəsmi qurumlar pilotun əlaqələrinin və narkotik şəbəkəsindəki rolunun araşdırıldığını bildiriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR