Onlayn ictimai-siyasi qəzet
Kəlbəcər rayonunun Başlıbel kənd sakinləri Azərbaycanın üçrəngli Dövlət Bayrağını kəndin ən yüksək nöqtələrindən birində ucaldıblar.
Musavat.com xəbər verir ki, 27 il Ermənistanın işğalı altında qalan Başlıbel 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.
Kənd sakinlərinin zirvədə dövlət bayrağını ucaltması Azərbaycanın dövlət atributlarına ehtiramın və doğma torpaqlara qayıdışın rəmzi kimi diqqət çəkir.
Kəndin bütün istiqamətlərindən görünən üçrəngli bayraq Başlıbelin azadlığını, dövlət suverenliyini və sakinlərin doğma yurda bağlılığını simvolizə edir.
Etibar Seyidağa,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ