İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada benzin qıtlığından şikayət edənləri cərimələyirlər

Volqoqrad vilayətinin beş sakini benzin çatışmazlığı ilə bağlı RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət ünvanlayıb, əvəzində cəza alıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şikayətçilərdən biri cərimələnib, biri isə beş gün müddətinə həbs edilib.

Bildirilir ki, ərizəçilər yanacağın ədalətsiz paylandığını iddia ediblər. Onlar bildiriblər ki, administrasiya yanacaq kartlarından istifadə edərək çənləri benzinlə doldurur, adi sakinlərə isə tez-tez benzin verilmir.

Müraciət müəlliflərindən biri bildirib ki, polis əməkdaşları bunun icazəsiz ictimai tədbir olduğuna qərar veriblər.

Müvafiq müraciətin əks olunduğu video İstintaq Komitəsinin sədri Aleksandr Bastrykinə ünvanlanıb. Video ictimailəşdikdən sonra polis şükayət edənlərin beşini də saxlayıb.

Ərizəçilər arasında yerli sakin Tatyana Smetanko və vəkil Aleksey Sevastyanov da olub. Qalan iştirakçıların adları açıqlanmayıb.

13 iyulda Volqoqrad mərkəzi rayon məhkəməsi Smetankonu 10.000 rubl cərimələyib. O, kütləvi etiraz aksiyasında iştirak etməkdə günahkar bilinib.

Sevastyanov polisə tabe olmamaqda ittiham olunub. Məhkəmə kütləvi etiraz aksiyasında iştirak ittihamına baxmayıb. Materiallar vəkilin doğulduğu Voljski şəhərindəki məhkəməyə göndərilib.

Digər iki iştirakçıya kütləvi etiraz aksiyasında iştirak ittihamı ilə eyni ittiham irəli sürülüb. Onların işləri ilə bağlı qərarlar hələ verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR